Şoyqu xəbərdarlıq etsə də, artıq kaset sursatları Ukraynadadır...

Şoyqu xəbərdarlıq etsə də, artıq kaset sursatları Ukraynadadır...

Amerika kaset sursatları artıq Ukraynadadır. Bu barədə Pentaqonun birgə qərargahının əməliyyat direktoru Duqlas Sims məlumat verib.

“Bizim kaset sursatlarımız artıq oradadır”.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” bunu əməliyyat direktorunun sözlərindən sitat gətirib.

Rus saytlarının yazdığına görə, iyulun 11-də Zaporojye vilayətinin əməliyyat xidmətləri Ukrayna Silahlı Qüvvələrinin, kasetli sursatlardan istifadə etməklə Tokmak şəhərini atəşə tutması barədə məlumat yayıb.

Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, kaset sursatlarının Ukraynaya çatdırılacağı təqdirdə Rusiya silahlı qüvvələrinin də Ukrayna ordusuna qarşı oxşar silahlardan istifadə etmək məcburiyyətində qalacağının xəbərdarlığını etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə