Moskva yaxınlığındakı Kalininets kəndindəki hərbi hissədə kütləvi dava baş verməsi nəticəsində müqaviləli əsgərlərdən biri öldürülüb.
SİA-nın “ÇTD” teleqram kanalından əldə etdiyi məlumata görə, davaya səbəb hərbçilərdən birinin mağazaya getməsi, bundan sonra nizamnaməni pozduğuna görə hərbi polis tərəfindən döyülməsi olub.
Onun yoldaşları döyülənin müdafiəsinə qalxdılar və nəticədə axşam saatlarında yüzə yaxın müqaviləli əsgər parad meydançasına toplaşıb. Toplaçanlar arasında soyuq ilah, o cümlədən bıçaqla silahlananlar da olub.
Və beləliklə, adı açıqlanmayan vəfat edən müqaviləli əsgər davadan sonra aparıldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd olunur ki, hərbi hissəyə Kuzbassdan gətirilən müqaviləli əsgərlər təlim keçdikdən sonra Ukraynaya göndərilməli idilər.
Onu da qeyd edək ki, münaqişə Taman diviziyasının 15-ci motoatıcı alayının yerləşdiyi bölmədə baş verib.
Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi baş verənlərlə bağlı hələ ki, rəsmi şərh almadığını deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB