Ukraynaya SCALP raketlərinin verilməsi münaqişəni gərginləşdirəcək

Ukraynaya SCALP raketlərinin verilməsi münaqişəni gərginləşdirəcək

Fransanın Kiyevi SCALP raketləri ilə təmin etmək qərarı Ukraynada münaqişənin gərginləşməsi istiqamətində növbəti bir addımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “International Affairs” jurnalında dərc olunan şərhində deyilir.

“Rusiyanın bu təhlükəyə qarşı durmaq qabiliyyətinə baxmayaraq, Fransa hakimiyyətinin bu cür hərəkətləri Ukrayna münaqişəsinin gərginləşməsi istiqamətində növbəti və şüurlu dərəcədə düşünülmüş bir addımdır”.

Qeyd edtdiyimiz kimi Zaxarova deyib bunu.

Xatırladaq ki, bir müddət bundn əvvəl Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Parisin Ukrayna tərəfinə uzaqmənzilli raketlərin verilməsi barədə qərarını şərh edib.

...Luqansk Xalq Respublikasının xalq milislərinin polkovnik-leytenantı, istefada olan Andrey Maroçko isə Kiyevə fransız raketlərinin tədarükünün yalnız mülki əhalinin itkisini artıracağını deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə