Rusiya lideri Vladimir Putin “Rossiya 24” telekanalının efirində bildirib ki, Moskva sazişlər çərçivəsində ona verilən bütün vədlər yerinə yetirilənə qədər taxıl müqaviləsində iştirakını dayandıra bilər. Prezidentin sözlərinə görə, Rusiya tərəfi sövdələşmədə iştirakını dayandıra bilər.
“Əgər hamı bir daha deyirsə ki, bizə verilən bütün vədlər yerinə yetiriləcək, yaxşı, qoy bu vədləri yerinə yetirsinlər. Və biz dərhal bu sövdələşməyə qoşulacağıq”.
SİA-nın əldə etdiyi məlumata görə, Putin deyib bunu.
Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Putinə taxıl sazişinin həyata keçirilməsi ilə bağlı təkliflərlə məktub göndərib.
...Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinin taxıl müqaviləsi ilə bağlı bir sıra təkliflər irəli sürdüyünü bildirib.
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl müqaviləsi ilə bağlı hər hansı yeni təklifdən xəbərsiz olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB