Ukraynanın NATO-ya mümkün üzvlüyü Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaradacaq
Putin münasibət bildirdi...

Ukraynanın NATO-ya mümkün üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu jurnalistlərin suallarını cavablandıran prezident Vladimir Putin deyib.

O qeyd edib ki, bu səbəbdən Rusiya xüsusi hərbi əməliyyat keçirir.

“Əminəm ki, bu, Ukraynanın özünün təhlükəsizliyini artırmayacaq və ümumilikdə dünyanı həssas vəziyyətə salacaq və beynəlxalq arenada əlavə gərginliyə səbəb olacaq”, - deyə Putin bildirib.

Qeyd edək ki, Vilnüsdə keçirilən hərbi blokun sammiti çərçivəsində Ukraynanın NATO-ya daxil olması ilə bağlı bəzi qərarlar qəbul edilib.

Alyans Kiyevə qoşulmaq üçün tamamlanmalı olan məcburi fəaliyyət planını ləğv edib.

Lakin əsas şərt təbii ki, münaqişənin sona çatmasıdır. Amma hansı yolla, qeyd edək ki, bu göstərilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə