Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın Qərbi Darfur əyalətində 87 nəfərin cəsədinin olduğu kütləvi məzarlığın tapıldığı barədə etibarlı məlumata əsasən xəbər verdiyini bildirib.
SİA xəbər verir ki, BMT-nin İnsan Haqları Şurasının etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, yerli əhali Masalit qəbiləsinin üzvləri də daxil olmaqla 87 nəfərin cəsədini Qərbi Darfurdakı Cuneyne şəhəri yaxınlığındakı kütləvi məzarlığa basdırmağa məcbur edilib.
Məzarlıqdakı 87 nəfərin iyunun 13-21 tarixlərində Cuneyne şəhərində Sudan Çevik Dəstək Qüvvələri tərəfindən öldürüldüyü bildirilib. Öldürülən 37 nəfərin cəsədi iyunun 20-si, 50 nəfəri 21-ində dərinliyi bir metrə yaxın olan kütləvi məzarlıqda basdırılıb, onların 7-si qadın, 7-si uşaqdır.
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk QHT və digər münaqişə tərəflərini beynəlxalq hüququn tələb etdiyi kimi, etnik mənsubiyyət də daxil olmaqla, ayrı-seçkilik olmadan cəsədlərin eksqumasiyasına icazə verməyə və asanlaşdırmağa çağıraraq deyib: “Mülki vətəndaşların öldürülməsini qınayırıq. Hadisə ilə bağlı sürətli, hərtərəfli və müstəqil araşdırma aparılmalı və cinayətkarlar məsuliyyətə cəlb edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB