Zaxarovaya görə, Kiyev pravoslavlığı lağa qoyub...

Zaxarovaya görə, Kiyev pravoslavlığı lağa qoyub...

Bu arada Ukrayna Təhlükəsizlik Xidməti Kiyev-Peçersk Lavrasının vikarı, Metropolitan Pavelə qarşı yeni ittihamlar irəli sürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu ittihamlarla onu əmlakı müsadirə olunmaqla səkkiz ilədək həbs cəzası gözləyir.

Rus saytlarının yazdığına görə, Ukrayna Cinayət Məcəlləsinin iki maddəsinə əsasən, din xadimini əmlakı müsadirə olunmaqla 8 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, iyunun 30-da məhkəmə Metropoliten Pavelin həbs müddətini iki ay uzadıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Kiyevin pravoslavlığı lağa qoyduğunu bildirib.

Yeri gəlmişkən Moskva Patriarxlığının kilsə, cəmiyyət və media ilə əlaqələr üzrə sinodal şöbəsinin rəhbəri Vladimir Leqoyda Kiyev-Peçersk Lavrasında baş verənlərə dünya ictimaiyyətinin reaksiyasını qeyri-adekvat adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə