Bu arada İstanbul Şəhər İcra Hakimiyyətinin Zəlzələlər üzrə Alimlər Şurasının üzvü Haluk Eyidoğan Türkiyənin paytaxtında sunami təhlükəsi ehtimalını, güclü zəlzələ zamanı ehtimalının yüksək olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, belə görünür ki, ruslar Türkiyədəki zəlzələnin Rusiyaya da “ayaq aça” biləcəyindən ehtiyatlanırlar. Yəni bu Türkiyədəki zəlzələ başqa hər hansı digər ərazilərdə baş verə bilərmi? Və bunun Rusiyanın regionlarına - Krım, Soçi, Adıgey, Krasnodar diyarına təsir etmək şansı varmı?
Təbii ki, ruslar bunu istisna etmirlər.
Yəni Türkiyədə güclü yeraltı tufanlar olarsa, bunlar Rusiyada da hiss oluna bilər.
...Lakin rusların təsəllisinə görə, belə seysmik təkanların təhlükə yaradacağını söyləmək mümkün deyil.
Qeyd edək ki, Rusiyanın cənub bölgələrinin öz seysmikliyi var, bu da kataklizmlərə səbəb olur, ona görə də mənbə yüzlərlə kilometr aralıda yerləşərsə, hiss olunan təkanlara səbəb ola bilər.
...Lakin onlar Rusiya əraziləri üçün təhlükəli olmayacağını deyən rus seysmoloqları ruslara təsəlli verirlər.
Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə iki güclü zəlzələ baş verib. Belə ki, doqquz saatdan çox fərqlə ölkənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu da on minlərlə insan ölümünə, daha çox insan yaralanmasına səbəb oldu. Həmən vaxt yeraltı təkanlar və yüzlərlə afterşok ölkənin on vilayətində, eləcə də Suriyada hiss olunub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB