Qasırğada bir nəfər həlak oldu

Qasırğada bir nəfər həlak oldu

İtaliyanın şimalındakı Lombardiya bölgəsində qasırğa baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İtaliya yanğınsöndürmə idarəsindən Vigili del Fuoko tərəfindən verilən açıqlamada Lombardiya bölgəsindəki Komo qəsəbəsində onlarla ağacın aşdığı, Gironikoda isə kəsilmiş ağacın altında qalan 3 nəfərin xilas edildiyi bildirilib. İtaliya mətbuatı qasırğa nəticəsində 1 nəfərin öldüyünü açıqlayıb.

Vigili del Fuoko verdiyi yazılı açıqlamada, “Lombardiyanın böyük hissəsini vuran güclü külək və yağışın vurduğu ziyanlar arasında çökən damlar, sel və yıxılan ağaclar var. 200-dən çox növbətçi yanğınsöndürən tərəfindən 300 müdaxilə həyata keçirilib"-, deyə qeyd edilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə