Cinsiyyət dəyişdirmək qadağan edilib

Cinsiyyət dəyişdirmək qadağan edilib

Rusiyada cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun qəbul olunub.

SİA-nın məlumatına görə, bu gün Dövlət Duması ikinci oxunuşda cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.

Qanunda qadağa anadangəlmə anomaliyaların və inkişaf qüsurlarının, həmçinin uşaqlarda cinsiyyət orqanlarının formalaşmasının pozulması ilə bağlı olan genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı tibbi müdaxilələrə şamil edilmir.

Bundan başqa, duma ər-arvaddan birinin cinsiyyətinu dəyişdirdiyi halda nikahın pozulmasına dair düzəlişi də dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə