BƏƏ-də həbsdə olan 15 İran vətəndaşı azadlığa buraxılıb

BƏƏ-də həbsdə olan 15 İran vətəndaşı azadlığa buraxılıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 15 iranlı azadlığa buraxılıb. SİA “HaberGlobal”a istinadən xəbər verir ki, onların hansı cinayətlərə görə mühakimə olunduqları və BƏƏ-də nə qədər müddətə saxlandıqları barədə məlumat verilməyib. İranın Fars Xəbər Agentliyinin məlumatına görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın əvvəlki həftələrdə BƏƏ-yə səfəri zamanı əldə olunan razılaşma çərçivəsində bu ölkədə həbsdə olan 15 iranlı məhbus azadlığa buraxılıb.

Azadlığa buraxılan İran vətəndaşlarının qısa müddət ərzində ölkələrinə gedəcəkləri bildirilib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə