İstanbulda 9 nəfər saxlanılıb

İstanbulda FETÖ-yə qarşı keçirilən əməliyyatda 14 şübhəlidən 9-u saxlanılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, tutulananların içərisində təşkilata yaxın keçmiş tələbələr, hüquqşünaslar və müəllimlərin də olduğu deyilir.

Evlərdə aparılan axtarışlar zamanı bir çox təşkilati sənəd və rəqəmsal materialın ələ keçirildiyi öyrənilib.

Bildirilib ki, ələ keçirilən FETÖ üzvləri ilə bağlı istintaq əməliyyatları davam edərkən, qaçan təşkilat üzvlərinin tutulması istiqamətində də işlər davam etdirilir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə