Türkiyənin Bursa şəhərində plastik boru istehsal edən fabrikin anbarı alovlara təslim olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, alov yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.
Fabrikin başqa hissəsinə keçmədən yanğın təxminən yarım saatlıq müdaxilədən sonra söndürülüb. Yanğında insan tələfatı olmasa da, fabrikə ziyan dəyib. Polis yanğınla bağlı araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB