“Bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək" - Co Bayden

“Bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək" - Co Bayden

ABŞ Prezidenti Co Bayden Qərbin Ukraynaya dəstəyinin heç zaman zəifləməyəcəyini hesab edir. SİA xəbər verir ki, o, müvafiq bəyanatı Vilnüsdə NATO Sammitində səsləndirib.

ABŞ Prezidentinin sözlərinə görə, ölkəsi Ukraynanın indi və gələcəkdə özünü müdafiə edə bilməsini təmin etmək üçün 50-dən çox ölkədən ibarət koalisiya yaradıb: “Bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək. Biz bu gün, sabah və nə qədər lazımdırsa, azadlığı və müstəqilliyi müdafiə edəcəyik", - deyə Co Bayden vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə