Kamerunda Covid-19 epidemiyası tamamilə nəzarət altındadır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kamerun Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada, 2020-ci ilin mart ayından etibarən Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində görülən bütün tədbirlərin ləğv edildiyi bildirilib.
Açıqlamada, epidemiyanın ölkə sərhədlərində tamamilə nəzarət altında olduğu və xaricə səfər edəcək kamerunluların gedəcəkləri ölkənin şərtlərinə diqqət etmələri lazım olduğu vurğulanıb. Kamerunda 2020-ci ilin mart ayından ölkəyə daxil olarkən peyvənd kartı və sürətli Covid-19 testi məcburi olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ilin mart ayından ölkədə 1224 min 834 Covid-19 hadisəsi aşkar edilib, 1970 nəfər isə epidemiya səbəbindən dünyasını dəyişib. Təxminən 26 milyon əhalisi olan ölkədə 1 milyon 751 min 774 doza Covid-19 peyvəndi vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB