Meksikada polis maşınına qarşı terror aktı həyata keçirilib - 6 ölü, 12 yaralı
Meksikada zəng üzrə hərəkətə keçən polis maşınına qarşı terror aktı həyata keçirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 polis ölüb, 12 polis isə yaralanıb.
Belə ki, Halisko ştatının Tlajomulko şəhərində polis maşını keçərkən yolda bomba partlayıb. Terrorçuların bombanı partlatması nəticəsində 6 polis ölüb, 12-si yaralanıb. Halisko əyalətinin qubernatoru Enrike Alfaro hadisə ilə bağlı verdiyi açıqlamada hücumun mütəşəkkil cinayət təşkilatı tərəfindən təşkil edilən terror aktı olduğunu bildirib. Hadisədən sonra bölgəyə çoxlu sayda Təcili Tibbi Yardım (TTY) briqadaları sövq edilib, yaralı polislər müalicə olunmaq üçün xəstəxanaya aparılıb. Təcili tibbi yardım əməkdaşları ölənlərin bəzilərinin cəsədlərinin tanınmaz olduğunu da bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB