Türkiyə XİN rəhbəri İndoneziyaya səfər edəcək

Türkiyə XİN rəhbəri İndoneziyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, səfər 13-15 iyul tarixlərində baş tutacaq.

O, ASEAN-Türkiyə Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısında iştirak edəcək.

Fidan İndoneziyanın xarici işlər naziri Marsudi və ASEAN-ın baş katibi Kao Kim Hourn ilə üçtərəfli görüş keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə