Vilnüsə yığılanlar soyuq müharibəyə start verirlər?

Vilnüsə yığılanlar soyuq müharibəyə start verirlər?

...NATO-nun Vilnüs sammitinin nəticələri təşkilatın nəhayət ki, soyuq müharibə sxemlərinə qayıtdığını nümayiş etdirir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sammitin nəticələri təşkilatın nəhayət ki, Soyuq Müharibə sxemlərinə qayıtdığını nümayiş etdirir”.

Bunu bəyan edən Rusiya Xarici İşlər Nazirliyi, alyansın hərəkətlərinin dünyanı demokratiya və avtokratiyaya bölmək ideologiyasına əsaslandığını iddia edir.

...ABŞ-ın rəhbərlik etdiyi “kollektiv Qərb” çoxqütblü dünyanın formalaşması ilə barışmağa hazır deyil, o, öz hegemonluğunu bütün mövcud vasitələrlə, o cümlədən hərbi yolla müdafiə etmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına danışarkən, Ukrayna lideri Vladimir Zelenskinin NATO-nun Ukraynanın indiki sərhədlərini belə tanımadığını başa düşdüyünü demişdi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə tərəflərdən birinin yox olacağına görə, Ukrayna-NATO Şurasının mövcudluğunun dayandırılacağını demişdi.

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko da Şimali Atlantika Alyansının Vilnüs sammitinin Ukraynaya sülh gətirməyəcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə