Gürcüstan Azərbaycandan 1,3 milyard kubmetr qaz idxal edib

Gürcüstan Azərbaycandan 1,3 milyard kubmetr qaz idxal edib

Gürcüstan cari ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 1,3 milyard kubmetr qaz idxal edib. SİA xəbər verir ki, bu barədə məlumat Gürcüstan mətbuatında yer alıb.

Bildirilir ki, bundan əlavə, Azərbaycan Gürcüstan ərazisi ilə 12 milyard kubmetr qaz ixrac edib. Bunun da 5,7 milyard kubmetri Avropa ölkələrinə, 5 milyard kubmetri isə Türkiyəyə nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə