"NATO Ukraynanın indiki sərhədlərini belə tanımır"..?

"NATO Ukraynanın indiki sərhədlərini belə tanımır"..?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, prezident Vladimir Zelenskinin NATO-nun Ukraynanın indiki sərhədlərini belə tanımadığını başa düşdüyünü deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Zaxarova bildirib ki, NATO-ya qoşulmaq alyansın üzvləri tərəfindən Ukraynanın sərhədlərinin tanınmasını nəzərdə tutur.

“Bəli, sözdə onları tanıyırlar, amma əslində, məsələn, Polşanın tam fərqli iştahı var... Varşava təsdiqlədi ki, Ukraynanın qərb hissəsi üçün planlar var”.

Qeyd edək ki, bunu deyən Zaxarovanın fikrincə, Zelenski bunu başa düşür. “NATO üzvü kimi tanınmadan, qalan sərhədləri tanımır. Ukrayna Sovet İttifaqının dağılmasından sonra suveren dövlət olmaq imkanı əldə edənlər kimi deyil, hətta indi qalanlar da var”-deyə əlavə edib.

Bu arda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə başqa bir fikir səsləndirib. Belə ki, onun dediynə görə, guya Ukrayna-NATO Şurasının mövcudluğu dayandırılacaq, çünki tərəflərdən biri yox olacaq.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bir müddət bundan əvvəl Şimali Atlantika Alyansı sammitinin Ukraynaya sülh gətirməyəcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə