Makron İranı NATO-nun düşməni adlandırmadı

Makron İranı NATO-nun düşməni adlandırmadı

Fransa lideri Emmanuel Makron NATO-nun Vilnüs sammitindən sonra keçirdiyi mətbuat konfransında Qərbin Tehranı Rusiyaya pilotsuz uçuş aparatı verməkdə ittiham etməsinə baxmayaraq, İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

“Alyansın məqsədi hər həftə kimisə düşmən elan etmək deyil, müttəfiqlərin maraqları və ya təhlükəsizliyi təhdid edildiyi zaman lazım olan yerdə təzyiq göstərməkdir”-deyən Makron, Fransa tərəfinin həm nüvə silahının yayılması, həm də regional sabitlik məsələlərində irəliləməyə davam etmək istədiyini əlavə edib.

Xatırladaq ki, iyulun 6-da Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Qərb ölkələrinin Rusiyanın Ukraynada guya İran pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı təqdim etdiklərini komik “dəlil” adlandırıb.

Bu arada İranın BMT-dəki səfiri Əmir Səid İrəvani bildirib ki, Kiyevin Ukraynadakı münaqişə zamanı İran pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı bəyanatları əsassızdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə