Nüvə müharibəsi dünyanı, istənilən müharibə isə Gürcüstanı məhv edə bilər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, bu gün dünya yeni çağırışlarla, nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir. NATO rəsmiləri məsuliyyəti dərk edərək nüvə müharibəsindən yayınırlar. Gürcüstan isə istənilən müharibədən qaçmalıdır.
“NATO nüvə müharibəsindən çəkinir, biz, sadəcə, müharibədən qorxuruq. Əgər nüvə müharibəsi dünyanı məhv edəcəksə, istənilən müharibə Gürcüstanı məhv edəcək”,- deyə Kobaxidze vurğulayıb.
Partiya sədri deyib ki, NATO-nun yüksək səviyyəli siyasətçiləri öz məsuliyyətlərini anlayaraq, nüvə müharibəsindən qorxurlar və buna görə də Rusiya ilə açıq qarşıdurmaya getmirlər. Bu, tamamilə təbiidir. Gürcüstan hökumətinin də adi müharibə ilə bağlı eyni məsuliyyəti daşıdığını qeyd edən İrakli Kobaxidze deyib: “Gürcüstanın NATO-ya üzv olmaq istəyi ölkəmiz üçün böyük riskdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB