Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü, iyulun 12-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun açıqlamasına reaksiya verərək onu təkzib edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Qeyd edək ki, Dmitri Peskovdan Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovun iyun ayında dövlət çevrilişinə cəhd zamanı “Vaqner” döyüşçülərinin Rusiyanın nüvə silahlarına çıxış əldə etmək istəməsi ilə bağlı açıqlamasına münasibət bildirmək istənilib.
Kremldə belə bir məlumatın olmadığını deyən mətbuatı ukraynalı səlahiyyətlinin dediklərini “ağ yalana” bənzədib.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq, NATO “Vaqner” PMC-nin Belarusa köçürülməsi əlamətlərini hiss etmədiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB