Bu arada baş katibi Yens Stoltenberq, NATO-nun 2035-ci ilə qədər Çinin NATO ölkələrinə və ABŞ-a çata biləcək 1500 döyüş başlığına sahib olacağına inandığını bildirib.
“…Təhlükəsizlik anlayışı regional deyil, qlobaldır. Biz gözləyirik ki, 2035-ci ilə qədər Çin ABŞ və Avropaya, NATO ərazisinə çata bilən raketlər üzərində 1,5 min nüvə başlığına sahib olacaq”.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu Stoltenberqin sözlərini sitat gətirib.
Qeyd edək ki, NATO kommünikesində Moskva ilə Pekin arasında əməkdaşlığın dərinləşdirilməsinin alyansın maraqlarına zidd olduğu bildirilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-nun nüvə silahında öz üstünlüyünə görə Rusiya və Çinə təzyiq göstərmək cəhdlərindən danışmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB