Ukrayna Silahlı Qüvvələrinin Berdyanska raket hücumu nəticəsində Cənub Hərbi Dairəsinin komandirinin müavini vəzifəsini icra edən general-leytenant Oleq Tsokov ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının deputatı Andrey Qurulev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramının efirində bildirib.
Parlamentari xatırladıb ki, 2022-ci ildə Tsokov ağır yaralanıb və səhhətinə görə xüsusi hərbi əməliyyat zonasına qayıda bilməyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hələlik Tsokovun ölümü ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin Berdyansk şəhərinə endirdiyi raket zərbələri iyulun 11-i axşam saatlarında məlum olub.
“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, hücum “Storm Shadow” raketləri ilə həyata keçirilib.
Yarım saatdan sonra Ukrayna hərbçilərinin Berdyanska ikinci zərbəsi endirilməsi barədə məlumat peyda olub.
Roqovun dediynə görə, raketlərin əksəriyyəti dəniz üzərindən hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Amma bununla belə, şəhər müəssisəsinin ərazisində zərbə qeydə alınıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB