Azov komandirlərinin Kiyevə təhvil verilməsi Türkiyəni yaxşı göstərmir - Sergey Narışkin

Azov komandirlərinin Kiyevə təhvil verilməsi Türkiyəni yaxşı göstərmir - Sergey Narışkin

“Azov” millətçi batalyonunun (Rusiyada qadağan edilmiş) komandirlərinin Kiyevə təhvil verilməsi ilə bağlı vəziyyət Türkiyəni müsbət işıqda göstərmir. SİA xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin TASS-a bildirib.

Narışkin bu barədə Ankaranın etdiklərini qiymətləndirmək üçün suala cavab verərkən deyib: “Bu, Türkiyənin məsələ ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir. Bu addım Türkiyəni yaxşı göstərmir".

SVR-nin məsələ ilə bağlı Türkiyə ilə əlaqə saxlayıb-saxlamadığına dair suala isə Narışkin belə cavab verib: “Xeyr, baş verənlərdən sonra əlaqə saxlamadıq”.

Qeyd edək ki, Ukrayna prezidenti Vlodimir Zelenski şənbə günü Türkiyədə qalan Azov batalyonunun beş komandiri ilə birlikdə vətənə qayıtdığını bildirib. Cümə günü Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə