NATO sammitində Moskva üçün gözlənilməz heç nə olmaylb - Sergey Narışkin

NATO sammitində Moskva üçün gözlənilməz heç nə olmaylb - Sergey Narışkin

NATO-nun Vilnüs sammitində Moskva üçün indiyədək heç bir gözlənilməz hadisə açıqlanmayıb və sənədləşdirilməyib. SİA xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin TASS-a bildirib.

“Mənə elə gəlir ki, sammitə bütün hazırlıq mərhələsi kifayət qədər açıq idi və buna görə də sammit zamanı açıqlanan heç bir bəyanat və ya rəsmi kommünike Rusiya üçün sürpriz ola bilməzdi”, - Rusiya kəşfiyyatının rəhbəri deyib.

Xatırladaq ki, iyulun 11-12-də Litvanın paytaxtında Şimali Atlantika Alyansının illik sammiti keçirilib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə