ABŞ-ın F-16 qırıcılarının Ukraynaya təhvil veriləcəyi tarix açıqlanıb
ABŞ-ın F-16 qırıcı təyyarələri 2024-cü ilin mart ayının sonuna qədər Ukraynaya veriləcək.
SİA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
“Biz bu prosesi mümkün qədər sürətləndirmək üçün hər şeyi edirik”, - nazir vurğulayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, ukraynalı pilotların təlimi hələ başlamayıb: “Hazırlıqlara yayın sonunda start verilə bilər. Amma qırıcıların Ukraynaya nə zaman təhvil veriləcəyi məlum deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB