Başsız uşaq cəsədi tapılıb

İspaniyada çimərlikdə başsız uşaq meyiti tapılıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, uşağın cəmi iki-üç yaşında olduğu güman edilir. Cəsədi bələdiyyə təmizləyicisi görüb, polisə xəbərdarlıq edilib.

Ehtimal olunur ki, uşağın bədənində başından başqa digər hissələri də əskik olub və o su onu sahilə gətirib. Mülki Təhlükəsizlik əməkdaşları araşdırma apararkən ərazi mühasirəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə