Meksikanın cənubundakı Gerrero əyalətində 3 minə yaxın etirazçı bir araya gələrək əyalət qubernatorluğuna hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, polisin etirazçılara müdaxiləsi nəticəsində baş verən qarşıdurmadan sonra nümayişçilərdən bəziləri təhlükəsizlik qüvvələrinə məxsus zirehli maşını oğurlayaraq, qubernatorluğun qapısını sındırıb və içəri daxil olublar. Şəhərdə komendant saatı elan edilib, Gerrero əyalətinin qubernatorluğunu tutan nümayişçilər 13 polisi girov götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB