Boris Conson səkkizinci dəfə ata oldu

Boris Conson səkkizinci dəfə ata oldu

Britaniyanın sabiq baş naziri Boris Conson növbəti dəfə ata olub. SİA xəbər verir ki, bu barədə onun həyat yoldaşı Karrie Conson özünün "Instagram" hesabında məlumat yayıb.

O qeyd edib ki, Frank Alfred Odisseus Conson adını verdikləri uşaq iyulun 5-də dünyaya gəlib.

Consonun dəqiq neçə övladının olduğu məlum deyil. Onun indiyə qədər ən azı səkkiz uşağının olduğu məlumdur. Siyasətçinin keçmiş həyat yoldaşı Marina Uilerdən dörd, digər həyat yoldaşı Helen Makintayrdan isə bir övladı var.

Sonuncu doğulan uşaq Consonun hazırkı həyat yoldaşından olan 3-cü uşağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə