İyun ayında Rusiyada nağd pula tələbat artıb və bu, banklardan 500 milyard rubl likvidliyin çıxmasına səbəb olub. Maraqlıdır ki, Mərkəzi Bankın məlumatına görə, “Vaqner” PMC-nin 23-25 iyunda baş verən üsyanı zamanı ruslar 100 milyard rublu nəğd olaraq banklardan çıxarıblar.
...İyun ayında nağd pula tələb artıb və bu da 0,5 trilyon rubl həcmində likvidliyin xaricə çıxmasına səbəb olub. Qeyd edək ki, bunun 0,1 trilyon rublu 23-25 iyun tarixlərində düşüb.
Qeyd olunur ki, struktur likvidlik profisiti iyunda 400 milyard rubl azalaraq 0,5 trilyon rubl olub. Mərkəzi Bank 2023-cü ilin sonunda struktur likvidlik profisiti ilə bağlı proqnozunu 2,5 trilyon rubldan 3,1 trilyon rubla qədər diapazonda saxlayıb.
Tənzimləyicinin qeyd etdiyi kimi, dövriyyədə olan nağd pulun həcminin artması pul siyasətinin aparılmasında problemlərə gətirib çıxarmır.
Yeri gəlmişkən, bundan əvvəl “Kommersant” Mərkəzi Bankın məlumatına istinadən, “Vagner” PMC-in üsyanının rublun məzənnəsinə az təsir etdiyini və bu günlərdə volatilliyin artmasının qısamüddətli xarakter daşıdığı barədə yazmışdı.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Moskvaya qarşı “ədalət yürüş” elan etmişdi. Amma Kremldə bunu silahlı üsyan kimi qiymətləndirmişdilər.
İyunun 24-ü axşam saatlarında Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə aparılan danışıqlardan sonra vəziyyət nizama salındı.
...İyunun 29-da prezident Vladimir Putin Kremldə Priqojin və “Vaqner” PMC komandirləri ilə görüş keçirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB