...NATO ölkələri alyansın Vilnüsdə keçirilən sammitində Ukraynaya hərbi yardımı artırmaq qərarı ilə üçüncü dünya müharibəsini yaxınlaşdırırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedevin qeyd etdiyi kimi, Kiyev rejiminə mümkün olan hər şeylə hərbi yardımı artırmaq qərara alınıb: raketlər, kaset yükləri, təyyarələr.
“...Tamamilə çılğın Qərb başqa heç nə ağlına gətirə bilməzdi. Ən yüksək səviyyədə, axmaqlıq səviyyəsinə qədər proqnozlaşdırıla bilənlik. Əslində, bu, çıxılmaz nöqtədir. Üçüncü Dünya Müharibəsi getdikcə yaxınlaşır”.
Rusiyalı sabiq ptrzident bildirib bunu.
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəstəkləmək üçün Kiyevə uzaqmənzilli raketlərin təhvil verilməsi qərarını açıqlamışdı.
Təbii ki, Kreml Fransanın qərarını səhv adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB