İyunun 4-dən bəri Ukraynanın əks-hücumları zamanı onların itkiləri 26 mindən çox insan və üç min ədəd müxtəlif hərbi texnika təşkil edib.
SİA TASS-a istinadən xəbər verir ki, bu rəqəmləri ötən gün, iyulun 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlayıb.
Şoyqunun verdiyi məlumata görə, Ukraynaya məxsus 21 təyyarə, 5 helikopter, 1244 tank və digər zirehli texnika, o cümlədən 17 alman “Leopard” tankı, 12 Amerika “Bradley” piyada döyüş maşını və beş fransız AMX təkərli tankı məhv edilib.
Bundan əlavə, iyunun əvvəlindən bəri Rusiya ordusu 914 ədəd xüsusi təyinatlı hərbi texnikanı partladıb.
...İki zenit-raket kompleksinin, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən ibarət 25 döyüş maşınının, 403 səhra artilleriya qurğusu və minaatanınən məhv edildiyini deyən nazir, bundan əlavə, ABŞ, Fransa və Polşadan 43 Amerika M777 artilleriya sisteminin və 46 özüyeriyən artilleriya qurğusunun, 176 HIMARS mərmisinin, 27 "Storm Shadow" qanadlı raketi və 483 PUA-nın vurulduğunu bildirib.
...Şoyqunun dediyinə görə, Ukraynanın bu qədər itkilərinə baxmayaraq, onlar cəbhədə heç nəyə nail ola bilməyiblər.
Yəni ukraynalılar heç bir istiqamətdə öz məqsədlərinə çata bilməyiblər.
Üstəlik, biz ruslar Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarına və Qərbdən gələn hərbi texnikaya uzaqmənzilli dəqiqlikli silahlarla effektiv zərbələr endirməkdə davam edirik.
Təbii ki, bu da düşmənin hücum potensialını əhəmiyyətli dərəcədə azaldır”.
Xatırladaq ki, Ukraynanın əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB