Bu arada NATO Rusiyanı Dnestryanıda sülhməramlı missiyanı başa çatdırmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS iyulun 11-də alyansın Vilnüs sammitinin yekun bəyanatına istinadən yayıb.
Qeyd edək ki, Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən NATO, Rusiyadan sülhməramlılarını tanınmamış Dnestryanı Respublikasının ərazisindən çıxarmağı tələb edib.
“Biz Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanı Moldovanın razılığı olmadan Dnestryanı bölgədə yerləşən bütün qüvvələrini geri çəkməyə çağırırıq”, - bəyanatda deyilir.
Sənəddə həmçinin Moldovanın kənar müdaxilə olmadan öz gələcəyini və xarici siyasət kursunu müəyyən etmək hüququna dəstək verməyə hazır olduğu qeyd edilir.
Xatırladaq ki, Rusiya sülhməramlıları 1992-ci ilin iyulundan bəri Moldovanın Dnestryanı vilayətində silahlı münaqişənin sülh yolu qaydaya “salmaqla məşğuldurlar”, amma...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB