Ruslar müvəqqəti işğal etdikləri Krımı müdafiə etməyə hazırlaşırlar. İndi orada fəal şəkildə yeni istehkamlar tikilir. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsinin müavini Denis Çistikov “FREEDOM” telekanalının efirində danışıb.
O, rusların işğal etdikləri yarımadadan müxtəlif hərbi məqsədlər üçün istifadə etdiklərini bildirib.
Çistikovun dediyinə görə, hazırda Krımın müdafiəsini gücləndirmək üçün rus hərbi qulluqçularının sayı demək olar ki, üç dəfə artırılıb.
O əlavə edib ki, 2022-ci ilin fevralına olan məlumata görə, işğal olunmuş Krımda 32 minə yaxın Rusiya hərbçisi var. Ukraynalı müavin Krımın Rusiya hərbçilərinin Ukraynanın cənubuna - Zaporojye və Xerson vilayətlərinə tədarükü üçün logistika mərkəzi olduğunu bildirib.
...Ona görə də burada hərbçilərin sayı daim dəyişir.
Çistikovun sözlərinə görə, Krım həm də yaralı rus hərbçilərinin müalicəsi üçün istifadə olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB