Ukrayna Silahlı Qüvvələri cinahlarda hərəkət edir
Baxmutda şəhər döyüşləri yenidən başlayıb, şəhərin yaxınlığında isə Ukrayna Silahlı Qüvvələri irəliləyir ki, bu da rus işğalçı qarnizonunu təhlükə altına qoyur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu hərbi müşahidəçi Aleksandr Kovalenko deyib.
Ekspertin fikrincə, Baxmut yaxınlığında “hadisələrin episentri” Klesçievka kəndidir. Həmçinin Severski Donets-Donbass kanalının sağ sahilindən işğalçıların qovulması kanalın sol sahilində Kleşçievkadan cənubda yerləşən Kurdyumovka kəndini Ukrayna Silahlı Qüvvələrinin “maraqları zonasına” keçirir.
Qeyd edilir ki, buna reaksiya verən ruslar bu ərazilərə ehtiyatlarını çıxarıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB