Dövlət Duması ikinci və üçüncü oxunuşda rəqəmsal rublun tətbiqi haqqında qanun qəbul edib. Sənəd Rusiya Federasiyası Federal Məclisinin aşağı palatasının saytında dərc olunub.
Qanun “rəqəmsal rubl platforması”, “rəqəmsal rubl platforması qaydaları”, “rəqəmsal rubl platformasının iştirakçısı”, “rəqəmsal rubl platformasının istifadəçisi” və “rəqəmsal hesab” anlayışlarını təqdim edir.
Beləliklə, rəqəmsal valyutanın tətbiqi və onun nağdsız ödənişlərdə istifadəsi üçün əsas formalaşır.
Rəqəmsal rubl üçün milli ödəniş sisteminin yeni subyekti də yaradılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Mərkəzi Bank onun fəaliyyətini tənzimləyəcək və təmin edəcək.
Qeyd edək ki, Mərkəzi Bankın sədr müavini Olqa Skoroboqatova bu yaxınlarda “Forbes” jurnalına müsahibəsində, Rusiyada rəqəmsal valyutanın tətbiqinin uzun proses olduğunu, lakin ruslar yaxın gələcəkdə rəqəmsal rublla ödəniş etmək imkanı əldə edəcəklərini bildirmişdi.
Skoroboqatovanın proqnozuna görə, Rusiya vətəndaşları “2025-2027-ci illər ərəfəsində rəqəmsal rublları ala və istifadə edə biləcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB