NATO sammitinin ilk günündən sonra Vilnüsdəki Lukişskaya meydanında çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski “Avropada artıq işğalların olmayacağını” deyib.
“Bu gün Vilnüsdə Baxmutdan döyüş bayrağı var” deyən Zelenski, “...və bu o deməkdir ki, litvalıların bir daha rus əsgərlərinə qarşı çıxmaq şansı olmayacaq. Bu o deməkdir ki, Baltikyanı ölkələrdən heç vaxt Sibirə deportasiya, Praqada isə bir daha tank olmayacaq”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir sıra ekspertlər Zelenskinin çıxışının Ukraynanın Qərb tərəfdaşlarına qarşı sərt ola biləcəyini irəli sürsələr də, lakin o, onlara yalnız dəstəyə görə təşəkkür edərək, Moskvaya dönüb baxmadan Vilnüsdəki müttəfiqlərə və güclü NATO-ya inamla gəldiyini deyib.
“Mən istərdim ki, bu inam hamımızın layiq olduğu və hər bir əsgərimizin, hər bir vətəndaşımızın gözlədiyi qərarlara inama çevrilsin”.
Bunu Ukrayna prezidenti vurğulayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Vladimir Zelenski NATO üzvü olan ölkələri Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarsız mövqelərinə görə tənqid etmişdi.
Yeri gəlmişkən, Almaniya və NATO-nun bir sıra digər əsas üzvləri Ukraynanın alyansa daxil olmasını təxirə salmaqda israrlıdırlar. Onlar bunun Rusiya ilə müharibəyə səbəb ola biləcəyindən ehtiyat edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB