Ərdoğan Baydenlə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan Litvada keçirilən NATO sammiti çərçivəsində ABŞ prezidenti Cozef Bayden ilə görüşüb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Prezident Ərdoğan görüşdən əvvəl verdiyi bəyanatda “Hesab edirəm ki, strateji mexanizm çərçivəsində dövlət başçıları səviyyəsində məsləhətləşmələrin vaxtı çatıb və bu gün keçirilən bu görüşü buna doğru ilk addım kimi görürəm. Mənim üçün bu yeni proses 5 illik prosesdir, sizin də seçki hazırlıqlarınız var, bu seçki hazırlıqlarınızla əvvəlcədən sizə uğurlar arzulayıram"-deyib.

Ərdoğan və Bayden daha sonra təkbətək görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə