Ukrayna üçün alyansa qəbul "sadədən də sadə"..?

Ukrayna üçün alyansa qəbul "sadədən də sadə"..?

NATO müttəfiqləri Ukraynanın Şimali Atlantika Alyansına daxil olması prosesini sadələşdirməyə razılaşıblar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir bəyanatla bu gün təşkilatın baş katibi Yens Stoltenberq çıxış edib.

“Biz Ukraynanın NATO-ya üzv olacağını bir daha bəyan etdik və alyansa üzvlüklə bağlı fəaliyyət planına dair tələbləri qaldırmağa razılaşdıq”, - Stoltenberq bildirib.

Baş katibin dediyinə görə, Ukraynanın alyansa qaəbu edilməsi iki mərhələli deyil, bir addımlı proses olacaq.

Stoltenberq vurğulayıb ki, Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət müttəfiqlərin bütün şərtlərin yerinə yetirildiyi qənaətinə gəldikdə olacaq.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, NATO ölkələri, yəqin ki, Ukraynanı NATO-ya dəvət etməyə və ya onu alyansa üzv etməyə hazır deyil.

Zelenskinin fikrincə, nə biri, nə də digəri üçün konkret müddətlərin olmadığı absurd və görünməmiş bir vəziyyətdir. O, vurğulayıb ki, “Ukraynanı bloka dəvət etmək üçün belə, “şərtlər” haqqında bəzi qəribə ifadələr əlavə olunur”.

Zelenskiyə görə, “qeyri-müəyyənlik zəiflikdir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə