“Red Wings Airlines” Soçidən Tbilisiyə ilk uçuşu həyata keçirib

“Red Wings Airlines” Soçidən Tbilisiyə ilk uçuşu həyata keçirib

Rusiyanın “Red Wings Airlines” hava yolu şirkəti Soçidən Tbilisiyə ilk uçuşu həyata keçirib. “Sukhoi Superjet” 100 təyyarəsi yerli vaxtla saat 17:40-da Tbilisi hava limanına enib. Bu gün səhər aviaşirkət Moskvadan Kutaisiyə ilk uçuşunu həyata keçirib.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, aviaşirkət hələ may ayında Gürcüstana uçuşlar həyata keçirmək üçün icazə alıb, lakin uçuşların başlanması bir neçə dəfə təxirə salınmışdı.

Qeyd edək ki, hazırda “Red Wings Airlines””dən əlavə, Gürcüstan və Rusiya arasında birbaşa gündəlik uçuşlar “Azimut” (Moskva-Tbilisi-Moskva) və “Georgian Airways” (Tbilisi-Moskva-Tbilisi) aviaşirkətləri tərəfindən həyata keçirilir.

Xatırladaq ki, iyulun əvvəlində Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Rusiya və Gürcüstan şəhərləri arasında həftədə 284 uçuş üçün icazə verildiyi barədə xəbərlər yaymışdı.

Qeyd edək ki, uçuşların əksəriyyətinin “Red Wings Airlines” hava yolu şirkəti vasitəsilə keçiriləcəyi deyilsə də, amma Gürcüstan hakimiyyəti hələlik yeni uçuşlar üçün icazə verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə