"Türkiyə bizim üçün mühüm tərəfdaşdır"

"Türkiyə bizim üçün mühüm tərəfdaşdır"

Almaniya kansleri Olaf Şolts Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitindən əvvəl açıqlama verən Şolts son Avropa İttifaqı Liderlər Zirvə toplantısında Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı qərarların qəbul edildiyini vurğulayıb.

Münasibətlərin yaxşılaşdırılması üçün Avropa İttifaqı Komissiyasından təkliflər və hesabatlar təqdim etməsini istədiklərini ifadə edən Solts deyib:

"Burada prezident (Rəcəb Tayyib) Ərdoğanla da danışacağam. Türkiye bizim üçün mühüm tərəfdaşdır. Bu, gələcəkdəki münasibətlərdə də ifadə olunacaq".

Burada prezident Ərdoğanla görüşündə əlaqələrin daha da inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağını bildirən Şolts qeyd edib ki, Avropa Şurası Türkiyə ilə əməkdaşlığın bərpası ilə bağlı müvafiq qərarlar qəbul etmək üçün səy göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə