Deyəsən, “bəhsə-bəhs” başlayıb..?

Fransadan sonra Almaniya da Ukraynaya "Leopard" və BMP "Marder" tankları verəcək
Deyəsən, “bəhsə-bəhs” başlayıb..?

NATO-nun Vilnüs sammitində Almaniya kansleri Olaf Şolz və müdafiə naziri Boris Pistorius Ukraynaya təxminən 700 milyon avro dəyərində yeni hərbi yardım paketini açıqlayacaqlar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Beləliklə, nəşrin yazdığına görə, yeni silah paketinə 25 “Leopard” tankı, 40 “Marder” piyada döyüş maşını, iki “Patriot” hava hücumundan müdafiə sistemi və 20 min artilleriya mərmisi daxil edilməlidir.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron NATO-nun Vilnüs sammitində Ukrayna ordusunun əks-hücumunu dəstəkləmək üçün SCALP uzaqmənzilli hava-yer raketlərinin Ukraynaya təhvil verilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı.

Bu ilin yanvarında Almaniya da Ukraynaya 178 “Leopard- 1” tankının çatdırılmasını təsdiqləyib. Yekun məqsəd 2024-cü ilin birinci və ya ikinci rübündə Kiyevə 100-dən çox tank çatdırmaqdır.

Xatırladaq ki, Ukraynaya gətirilən “Leopard” tankları artıq Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücum əməliyyatı zamanı döyüşlərdə iştirak edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə