“Alınmayan bir şeyi düzəldə bilmərik”

“Alınmayan bir şeyi düzəldə bilmərik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının səylərinə baxmayaraq, Qara Dəniz Taxıl Sazişinin ölkəsi ilə bağlı hissəsinin yerinə yetirilmədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Moskvada Xarici İşlər Nazirliyində keçirilən Rusiya-Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının 6-cı Strateji Dialoq Toplantısında çıxışı zamanı S.Lavrov sözügedən mövzu ilə bağlı deyib: “Qara Dəniz Taxıl Sazişinin Rusiya hissəsinə əməl edilmir. Birləşmiş Millətlər Təşkilatı rəsmiləri bu mövzuda cəhd göstərdi, biz də uzun müddət söylədik, amma bu inanılmaz səylər heç bir nəticə vermədi. Alınmayan bir şeyi düzəldə bilmərik.

Sazişin Ukrayna ilə bağlı hissəsi isə kommersiya layihəsinə çevrildi. Ukrayna limanlarından ixrac edilən taxılın ancaq 3 faizdən azı Ümumdünya Ərzaq Təşkilatının siyahısındakı ən yoxsul ölkələrə getdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə