"Türkiyənin NATO qarşısında öhdəliklərini başa düşürük"

"Türkiyənin NATO qarşısında öhdəliklərini başa düşürük"

Türkiyənin İsveçin NATO-ya daxil olmasına icazə verməsindən sonra Rusiya açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, açıqlamada “Türkiyənin NATO qarşısında öhdəlikləri var, biz bunu başa düşürük” deyilib.

Mövzu ilə bağlı Kremlin açıqla yayıb:

"İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin NATO qarşısında öhdəlikləri var, bunu başa düşürük. Türkiyə ilə fikir ayrılıqlarımız olsa da, münasibətlərimizi yaxşılaşdırmaq istəyirik.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Vilnüsdə İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb və üçtərəfli zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında baş katib tərəflərin razılaşdığını və İsveçin NATO üzvlüyünün Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə