Stoltenberq NATO-nun Cənubi Koreya ilə tərəfdaşlığını alqışlayır

Stoltenberq NATO-nun Cənubi Koreya ilə tərəfdaşlığını alqışlayır

NATO-nun baş katibi Yens Stoltenberq bu gün NATO-nun Vilnüs sammitində Koreya Respublikasının Prezidenti Yoon Suk Yeol-u salamlayıb. SİA NATO-ya istinadən xəbər verir ki, Rusiyanın Ukraynadakı müharibəsinin təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdiyini deyən Stoltenberq Cənubi Koreyanı Ukraynaya verdiyi dəstəyə görə alqışlayıb. O, həmçinin Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozan nüvə fəaliyyəti və ballistik raket sınaqları da daxil olmaqla, təxribatçı davranışından narahatlığını ifadə edib.

Baş katib NATO-nun Seul ilə dərinləşən tərəfdaşlığını, o cümlədən Alyans və Cənubi Koreya arasında yeni tərəfdaşlıq proqramını alqışlayıb. Bu proqram kibermüdafiə, terrorla mübarizə, silahlara nəzarət və yeni texnologiyalar da daxil olmaqla əməkdaşlığı daha da gücləndirəcək.

Qeyd edək ki, Cənubi Koreya ötən ilin noyabrında NATO-da diplomatik nümayəndəliyini açıb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə