NATO ölkələri Rusiyanı düşmən hesab edir - KREML

NATO ölkələri Rusiyanı düşmən hesab edir - KREML

NATO ölkələri Rusiyanı özlərinə düşmən hesab edir, ona görə də bu gün başlayan Vilnüs sammitində müzakirələr Rusiyaya qarşı ümumən düşmən münasibətdə olacaq. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Söhbət kəskin şəkildə anti-Rusiya xarakterli ittifaqın sammitindən gedir; Rusiya da Alyansın üzvləri tərəfindən düşmən kimi qəbul edilir və müzakirələr də məhz bu ruhda aparılacaq" - deyə, Kreml rəsmisi bildirib

"Biz NATO sammitində baş verənləri çox diqqətlə izləyirik, çünki təbii ki, öz təhlükəsizliyimizi təmin etməyə yönəlmiş tədbirlər görmək üçün bir çox nüanslar diqqətlə təhlil ediləcək" - deyə,Putinin mətbuat katibi ifadə edib.

Kremlin Rusiyaya bu qədər yaxın keçirilən sammitə münasibəti ilə bağlı sualı cavablandıran Peskov deyib: “Bu sammitin konkret olaraq harada, Rusiyaya yaxın və ya uzaqda keçirilməsi o qədər də vacib deyil, önəmli olan bu tədbirin məzmunudur. Sammitin ərəfəsində onun məzmunu alyansın bütün üzv ölkələrinin nümayəndələrinin çıxışlarına və bəyanatlarına nüfuz edən anti-Rusiya münasibətini nümayiş etdirməyə başlayıb", - o əlavə edib.

Xatırladaq ki, bu gün Vilnüsdə NATO-nun iki günlük sammiti işə başlayıb. İclasda üzv ölkələrdən və İsveçdən 31 lider iştirak edir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə