"Rusiya Afrika ilə dialoqu davam etdirəcək" - PESKOV

"Rusiya Afrika ilə dialoqu davam etdirəcək" - PESKOV

"Rusiya Ukraynadakı vəziyyətin nizamlanması yolları ilə bağlı Afrika ölkələri ilə dialoqu davam etdirəcək". SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Afrika liderlərinin söylədiklərinin hamısını Rusiya prezidenti Vladimir Putin böyük maraqla qarşıladı. O vaxt Sankt-Peterburqda kifayət qədər konstruktiv müzakirə aparılmışdı. Bu müzakirə davam etdiriləcək", - o, jurnalistlərin sualına cavab verib.

Qeyd edək ki, iyunun 17-də Putin Afrikanın yeddi liderindən ibarət nümayəndə heyəti ilə danışıqlar aparıb və orada Ukrayna ətrafında vəziyyətin nizamlanmasının mümkün yollarını müzakirə ediblər.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə