Paris Kiyevi uzaqmənzilli raketlərlə təmin etmək niyyətindədir. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bu gün NATO-nun Vilnüs sammitinə gələrkən deyib.
“Biz Ukraynaya böyük məsafələrə zərbələr endirməyə imkan verən yeni raketlərin tədarükü barədə qərar qəbul etdik. Mövcud vəziyyəti və Ukraynanın əks-hücumunu nəzərə alaraq, Fransa "ukraynalılara dərin zərbələr endirmək qabiliyyətinə malik olmaq üçün silah və texnika tədarükünü artırmağa qərar verdik”, - Makron qeyd edib.
Qeyd edək ki, “France-Presse”in məlumatına görə, söhbət Böyük Britaniyanın “Fırtına kölgəsi”nin analoqu olan SCALP raketlərindən gedir. Onların atış məsafəsi təxminən 300 km-dir.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB